SON XƏBƏRLƏR

“2 ildir çay suları Urmu gölünə daxil olmur”

2021.10.20, 07:36
“2 ildir çay suları Urmu gölünə daxil olmur”

Gunaz.tv

GünAz TV: Çayların üzərində inşa edilən bəndlər, suların Urmu gölünə doğru axmasına imkan vermir.

 

Bu barədə İran Ətraf Mühit Mühafizəsi İdarəsinin rəisi İsa Kəlantəri “Fars” xəbər agentliyinə danışıb.

 

“Urmu gölünə doğru axan çayların suyu iki ildir ki, gölə daxil olmayıb. Bu müddətdə bölgə havasının istiləşməsi də əlavə problem yaradıb. Son iki ildə istələşmənin ən yüksək dərəcəsi məhz bu məntəqədə (Urmu gölündə) qeydə alınıb”- deyə o bildirib.

 

Urmu gölündə vəziyyətin gərgin olduğunu bildirən İsa Kəlantəri böhrandan çıxış yolları haqda ümidverici danışmayıb. O göldə vəziyyətin yaxşılaşmasını yalnız Allahın yardımına bağlayaraq bildirib ki, “Urmu gölü bərpa oluna bilər, amma bir şərtlə ki, yağış yağsın.”

 

İran Su Qaynaqlarını İdarə edən Şirkətinin yaydığı rəsmi məlumata əsasən, Urmu gölünün su hövzəsində 52 bənd inşa edilib, 10 bənd hal-hazırda tikilməkdədir, daha 41 bəndin tikilməsi ilə bağlı araşdırmalar aparılır.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur göl ətrafında tikilən bəndlərin yaratdığı problemlərə dəfələrlə işarə edib. O bildirib ki, mövcud 52 bənd ildə 4 milyard kubmetr suyun gölə daxil olmasına mane olur. Bu o halda baş verir ki, gölün su hövzəsinin potensial imkanı 31 milyard kubmetrdən ibarətdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar