SON XƏBƏRLƏR

2019-cu il Beynəlxalq Yerli Xalqların Dilləri İli elan olunub

2021.10.20, 07:36
2019-cu il Beynəlxalq Yerli Xalqların Dilləri İli elan olunub

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal diqqəti yerli dillər üçün təhlükə doğuran risklərə yönəltmək məqsədi ilə 2019-cu ili Beynəlxalq Yerli Xalqların Dilləri İli elan edib.

 

“İrna” xəbər agentliyi UNESCO-nun saytına istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyası dayanıqlı inkişaf, sülh quruculuğu və barışığı təmin etmək üçün yerli dillərin əhəmiyyətinə təkid edərək bildirib ki, 2019-cu ilin Beynəlxalq Yerli Xalqların Dilləri İli kimi elan olunması həmin dillərin inkişafı ilə yanaşı yerli əhalinin məişət səviyyəsinin yüksəlməsinə hesablanıb.

 

Yanvarın 28-də Parisdə Beynəlxalq Yerli Xalqların Dilləri İlinin rəsmi açılışı keçiriləcək. Tədbir UNESCO-nun, BMT-nin iqtisadi və sosial məsələlər departamentinin, beynəlxalq ilin təşkili üzrə rəhbər komitənin üzvlərinin birgə təşkilatçılığı ilə reallaşacaq.

 

“Yerli xalqların dilləri dayanıqlı inkişaf, sülh quruculuğu və barışıq üçün vacibdir” mövzusunda keçiriləcək tədbir yüksəkvəzifəli məmurları, yerli xalqların, vətəndaş cəmiyyətlərinin, elmi ictimaiyyətin, mətbuatın, BMT qurumlarının, dillərlə bağlı ictimai təsisatların və özəl sektorun nümayəndələrini bir araya gətirəcək.

 

Rəsmi tədbirin keçirilməsində məqsəd konstruktiv debatlara qlobal imkan yaratmaqdır. Tədbirdə yerli xalqların dillərinin müdafiəsi, populyarlaşdırılması və digər bu kimi məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən ölkədə fars dili ilə yanaşı yerli dillərin kütləvi informasiya vasitələri və məktəblərdə tədris olunması azaddır. Buna baxmayaraq İran İslam Cümhuriyyəti inqilabdan 40 il keçməsinə baxmayaraq konstitusiyanın bu maddəsini icra etmir. Məktəblərdə türk dilinin tədris olunması Azərbaycan türklərinin minimum hüququ sayılır, soydaşlarımız isə ümumiyyətlə ana dilində təhsil almaq hüquqlarının təmin olunması uğrunda mübarizə aparır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar