SON XƏBƏRLƏR

BMT-nin xüsusi məruzəçisindən İran rejiminə ittiham: "2021-ci ildə ölkədə 281 nəfər edam edilib"

2022.03.18, 07:07
BMT-nin xüsusi məruzəçisindən İran rejiminə ittiham: "2021-ci ildə ölkədə 281 nəfər edam edilib"

Gunaz.tv

Cavid Rəhman İranda dinc nümayişlərin zorakılıqla yatırıldığını, 11 ay ərzində 10-u qadın olmaqla 280 nəfərin edam edildiyini, məhbus ölümlərinin artdığını və həbslərin çoxaldığını bildirib.

 Xüsusi məruzəçi su qıtlığına etiraz üçün dinc aksiyalar qarşısında İran təhlükəsizlik qüvvələrininin həddindən artıq güc tətbiqini pisləyib. 

Onun sözlərinə görə, İran hökuməti tərəfindən öldürülənlərin ailələrinə və ədalət axtaran digər şəxslərə qarşı çoxsaylı təzyiq və təhdid halları olub. 

C.Rəhman həmçinin əlavə edib ki, o, həbsdə və qeyri-müəyyən şəraitdə öldürülən insanların sayının rəsmi statistikada göstəriləndən daha çox ola biləcəyindən narahatdır.

Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Maykl Taylor da cinayət törətməkdə ittiham olunan azyaşlı Hüseyn Şahbazinin edam edilməsi riskindən narahatlığını bildirib və İranı insan haqları üzrə xüsusi məruzəçi ilə Şəhbazinin görüşünə icazə verməyə çağırıb. 

Taylor həmçinin İran hökumətini ictimai və onlayn şəkildə ifadə azadlığı hüququnu boğmaqda, interneti kəsməkdə, internet saytlarını, medianı və sosial şəbəkələri bloklamaqda qınayıb.

İclasda Böyük Britaniyanın nümayəndəsi Rita Frenç də İranı insan haqlarını, o cümlədən insan haqları müdafiəçiləri, azlıqlar, jurnalistlər, eləcə də ikili vətəndaşlığı olanların hüquqlarını pozduğu üçün tənqid edib. 

Xanım Frenç Nazanin Zağəri və Ənuşə Aşurinin altı illik ədalətsiz həbsdən sonra azadlığa buraxılmasına toxunub, İranı Murad Tahabaz və digər ikili vətəndaşlığı olan məhbusları həbsdən azad etməyə çağırıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar