2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı əcnəbilər üçün viza prosedurları sadələşdiriləcək

2021-04-17 14:13

Prezident İlham Əliyev 2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

Sərəncama əsasən müəyyən edilib ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilib:
Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir. (apa)

Ayxan

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15