SON XƏBƏRLƏR

"Məcburi hicaba və qadınlara qarşı zorakılığa son"-21 iranlı siyasi fəal bəyanat yaydı

2022.08.03, 05:37
"Məcburi hicaba və qadınlara qarşı zorakılığa son"-21 iranlı siyasi fəal bəyanat yaydı

Gunaz.tv

Onlar ölkədə bu siyasətin həyata keçirilməsinin əvvəldən səhv olduğunu deyib,  zaman keçdikcə onun yanlışlığının daha da mənfi nəticələr verəcəyini yazıblar.

Bəyanatı Zəhra Rəhnavard, Faize Haşimi Rəfsəncani, Mustafa Taczadə, Əhməd Müntəziri, Pərvanə Sələhşuri və Əlirza Rəcai kimi tanınmış simalar imzalayıblar.

Bəyanatda deyilir ki, məcburi hicab faydasız və baha başa gələn bir siyasət olub, xalqla İslam arasında ciddi problemlərə gətirib çıxardı, başqa tərəfdən isə xalqla hökuməti, xalqla xalqı üz-üzə qoyub.

"Yenə də icbari hicab siyasətində onun xərclərini və bir çox qadınların bunu qəbul etmək istəməməsini nəzərə alınmalı idi. İndi konsensus olmadığı üçün bu siyasətin davam etdirilməsində israr etmək daha böyük səhvdir"-deyə, bəyanatda bildirilib.

Bəyanat müəllifləri sonda hökumətin iqtisadi böhran, inflyasiya, bahalıq və işsizlik kimi problemlərin həlli yerinə hicab məsələsini qabartmasını, onu tətbiq etmək üçün büdcə ayırmasını tənqid ediblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar