24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30 14:09

İyulun 24-də (2 mordad) Təbriz şəhərində keçirilən aksiya zamanı və ondan öncə həbs olunan milli-mədəni fəalların son durumu ilə bağlı son məlumat yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumatda bildirilir ki, milli fəallardan Hadi Məhəmmədi, Vəhid Məhəmmədi, Hüseyn Qaracadağı, Cavad Dehqan Təbrizdə iyulun 24-də həbs olunub.

Onlara qarşı “ictimai asayişi pozmaq” ittihamı ilə cinayət işi açılıb. Fəallar 27 və 28 iyul tarixlərində 30 milyon tümənlik girov qarşılığında müvəqqəti sərbəst buraxılıblar.

 

Məhəmməd Mahmudidir iyulun 24-də Təbriz şəhərində həbs olunub. Təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılan fəal iyulun 25-i gecə saatlarında Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Ümumi və İnqilab Məhkəməsinin 16-cı bölməsi istintaq onun barəsində yeni cinayət işi açıb. Fəal iyulun 26-da 30 milyon tünən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb. 

 

Ulduz Qasimi şənbə günü, iyulun 24-də Təbrizdə saxlanılıb. Dindirildikdən sonra ETTELAAT təcridxanasından Təbriz zindanına köçürülüb. İyulun 28-də 100 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıb.

 

Şahin Bərzgər isə 2 gün öncə, iyulun 22-də Təbriz şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Sonradan ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlayaraq Təbrizin ETTELAAT təcridxanasında olduğunu bildirib.

 

Şəhruz Bərzgər iyulun 24-də aksiyada iştirak ittihamı ilə saxlanılıb. Bir gün sonra  Təbriz həbsxanasına köçürülüb. Barəsində yeni cinayət işi açılıb və məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması üçün 150 milyon tümən girov istənilib.

O, barəsində açılan cinayət işinə etiraz etdiyi üçün Təbriz zindanında saxlanılır.

 

Siyamək Kuşi şənbə günü, iyulun 24-də  Təbrizdə saxlanılıb və bir neçə saat sonra sərbəst buraxılıb. Milli fəal eyni gün axşam saatlarında yenidən həbs olunub. İyulun 24-də 100 milyon tümənlik girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb.


Səməd Ladvəndi də iyulun 24-də saxlanılıb və bir neçə saat sorğu-sualdan sonra müvvəqqəti olaraq sərbəst buraxılıb. 
 

Davud Rəhimi isə şənbə günü, iyulun 24-də həbs olunub. "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin verdiyi məlumata görə, milli fəal 27 iyulda 40 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa çıxıb.

 

Əmir Səttari Rəuf iki gün öncə, iyulun 22-i, gecə saatlarında iş yerindən çıxarkən saxlanılıb və naməlum istiqmaətə aparılıb. Onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.

 

Vəhid Əbhəri də həmin gün- iyulun 22-də Təbrizdə həbs olunub. Saxlanıldığı yer və niyə həbs olunduğu barədə məlumat yoxdur.

 

Müctəba Əbdüli də iyulun 22-də Ocan (Bostanabad) şəhərində həbs olunub. Həbs səbəbi və harada saxlandığı məlum deyil.

 

Əşkan Səadətmehr və Əkbər Quluzadə iyulun 24-də Urmunun “Ətayi” küçəsində saxlanılıb. Bir neçə saat sorğu-sual edilib, məmurlar tərəfindən döyüldüksən sonra müvvəqqəti olaraq azadlığıa buraxılıb.

 

Kərim İsmayılzadə də şənbə günü saxlanılıb. Milli fəala bağlı olan “Kərim Boksor” sosial şəbəkəsinin yaydığı xəbərə görə, o, iyulun 24-də ETTELAAT idarəsinə çağrılaraq həbs olunub.

O, iyulun 27-i Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 16-cı istintaq şöbəsinə köçürülüb və girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

 

Rəhim Sasaniyan, Yaşar Piri, Sədullah Sasaniyan, Möhsün Abbaspur və Məhəmməd Purəli. İyulun 22-də, axşam saat 22 radələrində Təbriz şəhərinin 50 kilometrliyində yerləşən Xoca şəhərində 5 milli-mədəni fəal saxlanılıb.

Saxlanıldıqdan sonra SEPAH-ən Təbrizdəki kəşfiyyat və təhlükəsizlik təcridxanasına köçürülüblər.

İyulun 23-ü səhər saat 7-də sərbəst buraxılan milli fəalların mobil telefonları təhlükəsizlik məmurları tərəfindən müsadirə edilib.

 

Yusif Sələhşur isə iyulun 25-i axşam saat 23 radələrində İran hökumətinin silahlı təhlükəsizlik məmurları tərəfindən Təbriz şəhərində evinə basqın edilib. Məmurlar fəalı həbs edərək naməlum istiqamətə aparıblar. Onun evində axtarış aparıldığı və şəxsi əşyalarının məmurlar tərəfindən götürüldüyü bildirilir.


Rza Şəhrivər və Məhəmməd Kaziminin həbsi barədə ailə üzvləri məlumat verib.

Fəalların yaxınlarının verdiyi məlumata görə, hər iki fəal iyulun 27-də, Təbrizdə baş tutan aksiyanın ertəsi günü təhlükəsizlik məmurlarının evlərinə basqını nəticəsində həbs olunublar.

Onların harada saxlanıldıqları və ittihamları barədə ailələrinə heç bir məlumat verilməyib.

 

Nadir Sadiqiyan və Məhəmməd Mərdi iyulun 26-da saat 00.01 radələrində Təbrizdə öz evlərində həbs olunub. Saxlanılma səbəbləri və hara aparıldıqları bəlli deyil. Onların 24 iyul aksiyaları ilə bağlı həbs olunduqları ehtimal edilir.

 

Saleh İkrami və Babək Rzayi iyulun 27-də Tehranın “Nəsimi Şimal” bölgəsində yerləşən iş yerlərində həbs olunublar. Fəalların həbsindən sonra təhlükəsizlik mmurları onların evlərinə gedib və heç bir məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Onların son günlər ölkədə su qıtlığı və sosial problemlərə görə başlanan etiraz aksiyaları ilə əlaqədar saxlanıldıqları ehtimal edilir.

 

Ərdəbilli milli fəal Pərviz Siyabi Gürcan iyulun 26-da həbs olunub. Onun hara aparıldığı və nədə ittiham olunduğu bəlli deyil. Onun Azərbaycanda son etirazlarla bağlı sosial mediada etdiyi paylaşımlara görə saxlanıldığı ehtimal edilir.


Bundan başqa bir neçə fəallın adı İnsan Haqları təşkilatları tərəfindən həbs olunanlar siyahısına əlavə edilib.

Zəhra Xadim, Əmir Məhəmməd Xəlilzadə, Yaşar Xəlilzadə, Puya Xudayi, Muxtar Molayi, Məsumə Şahid, Xanım Gülzarın həbs olunmaları barədə yenicə məlumat yayılıb. 

 

Qeyd edək ki, Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, Təbrizdə aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayının 150 nəfər civarındadır. 


Onlardan bəziləri girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıblar. Ancaq həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.


Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və medaiya məlumat verilməsin. Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.


C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Molla rejimi üçün şənbə dərsləri: Təbrizdən Xuzistana möhtəşəm dəstək

24 iyul aksiyalarında 150 güneyli fəal nəfər saxlanılıb- Onlardan bir neçəsi sərbəst buraxılıb

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti Təbrizdə həbs olunan fəalalrın azadlığa buraxılmasını tələb edib


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16