SON XƏBƏRLƏR

25 yaşlı fəal işgəncə verilərək öldürülüb

2021.10.20, 07:36
25 yaşlı fəal işgəncə verilərək öldürülüb

Gunaz.tv
İranda Azərbaycan fəallarından Fərhad Möhsininin cəsədi tapılıb. O, may hadisələrinin iştirakçılarından biri idi və həmin hadisələr zamanı güllə yarası alaraq, həbs olunmuşdu. Ailəsinin «Savalanın səsi»nə verdiyi məlumata görə, Fərhad Möhsininin axtarılması ilə bağlı rəsmi dövlət orqanlarına müraciət etsələr də bu nəticəsiz qalıb. Ancaq fəalın cənazəsi iyunun 11-də gizli servis tərəfindən meyitin yarılması mərkəzinə verilib. Fəalın ailəsinə xəbərdarlıq ediblər ki, bu barədə heç kimə məlumat verməsinlər. 2006-cı ildə rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin ilin mayın 22-də etiraz aksiyaları keçirilib. Fərhad Möhsini məhz may hadisələrinin ildönümü ərəfəsində yoxa çıxmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar