SON XƏBƏRLƏR

28-dən başlayan tarix . Elçin Mirzəbəyli

2021.10.20, 07:36
28-dən başlayan tarix . Elçin Mirzəbəyli

Gunaz.tv
28-dən başlayan tarix elchin-mirzebeyli.jpg Elçin Mirzəbəyli İstiqlal Salam, Azərbaycanım! Salam, qüdrətli yurdum! Min illərin sığdığı 90 yaşın mübarək! Salam, uca bayrağım! Salam, yenilməz ordum, Metedən bu günədək qan yaddaşın mübarək! Fəryadına qan verən, nərəsi top gülləsi igidlərin mübarək! "Vətən" - deyib can verən, minarələr qülləsi şəhidlərin mübarək! Min illər yol gəlmisən bu yaşı qazanınca, Hər gün "Əhləd" daşı... bu daşı qazanınca İynəylə qazmısan azadlıq yollarını, Doxsan min qandal qırıb yenilməz qollarını... Bu doxsanın önündə 90 milyon ər durur, Dəryalarca göz yaşı, dağlarca qəhər durur. Yaralı ürəyində saysız qəlpələr durur. Ruhu, dili, alınmaz qalam, Azərbaycanım! Salam, Azərbaycanım! 90 yaşın mübarək! Tarixin yaddaşıyla bu savaşın mübarək! Bu 90 üzərində Babəkimin ruhudur, yüzillərdi dolanır... Dolanır mələk kimi. Güneydən Quzeyədək sıyrılır şimşək kimi, çırpınır külək kimi. Əsrləri içindən keçirib ələk kimi özünə qayıtmısan. Qayıdışın mübarək! Salam, Azərbacanım, 90 yaşın mübarək! Neçə minillər keçib Bu yaşına çatınca, Sən azadlıq atını üfüqlərə çapınca, Ölüm qəfəslərində əlinə dağ çəkiblər, Sibir məhbəslərində dilinə dağ çəkiblər - yenə "Türkəm" demisən! Səni yurd-yurd bölüblər - yenə "Ölkəm" - demisən! Qafqazın zirvəsində nurdan çələng dövlətim! Ruhu nəhəng dövlətim! Yaranışdan məramın haqq davası, saf niyyət, "Millətlərə - azadlıq, insanlara - hürriyyət", İstiqlal yollarında sıçrayışın mübarək! Salam, Azərbaycanım! 90 yaşın mübarək! www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar