SON XƏBƏRLƏR

3 Avropa ölkəsi İngiltərənin körfəzdə hərbi dəniz qüvvələrinin yaradılması təklifini dəstəkləyib

2021.10.20, 07:36
3 Avropa ölkəsi İngiltərənin körfəzdə hərbi dəniz qüvvələrinin yaradılması təklifini dəstəkləyib

Gunaz.tv

GünAz TV: Avropanın 3 ölkəsi İngiltərənin xarici işlər naziri Ceremi Hantın körfəzdə və Hörmüz boğazında beynəlxalq gəmiçiliyi qorumaq üçün mühafizə dəstəsi yaradılmasıyla bağlı irəli sürdüyü təklifə müsbət yanaşıb.

 

İyulun 23-də İtaliya, Fransa və Danimarka Hantın təklifinə dəstək nümayiş etdirib.

 

Xatırladaq ki, Ceremi Hant iyulun 22-də, İranın İngiltərəyə məxsus gəmini saxlamasından 3 gün sonra çıxış edərkən qeyd edilən təklifi edib. Ötən ay Amerika Birləşmiş Ştatları da oxşar təkliflə çıxış etmişdi, lakin Avropa ölkələri buna müsbət yanaşmamışdılar.

 

Adının açıqlanmasını istəməyən avropalı diplomatlardan biri məsələ ilə bağlı “Reuters” agentliyinə bildirib ki, İngiltərə ilə Amerikanın təklifləri arasında fərq var.

 

“Avropa üçün gəmilərin azad və təhlükəsizlik hərəkəti prioritetdir. İngiltərənin təklifi Amerikanın İrana qarşı nəzərdə tutduğu maksimum təzyiq siyasətindən fərqlidir”- deyə diplomat əlavə edib.

 

O, fərqlərin nədən ibarət olduğu və təsis edilməsi nəzərdə tutulan bu dəniz qüvvələrinin İranla hərbi qarşıdurmaya girib- girməyəcəyilə bağlı heç nə deməyib.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar