SON XƏBƏRLƏR

3 azərbaycanlı fəal “Heyran gədiyi”ində saxlanılıb

2021.10.20, 07:36
3 azərbaycanlı fəal “Heyran gədiyi”ində saxlanılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”ndə Gilan adına lövhələrin quraşdırılması azərbaycanlıların geniş etirazına səbəb olub.

 

Aprelin 9-da “Heyran gədiyi” məntəqəsində bir neçə azərbaycanlı milli-mədəni fəalın saxlandığı barədə xəbər yayılmışdır. Artıq Astara Sərhəd Alayının rəisi Nozər Muradi həmin ərazidə 3 azərbaycanlı fəalın tutulduğu xəbərini rəsmən təsdiqləyib.

 

Onun sözlərinə görə, fəallar “Heyran gədiyi”ndə quraşdırılan lövhələri silərkən saxlanılıb.

 

N.Muradi tutulanların kimliyi və harada saxlandığı barədə heç bir məlumat verməyib.

 

Bu arada “Heyran gədiyi”ndə quraşdırlan lövhələrdən daha biri azərbaycanlı fəallar tərəfindən oxunmaz hala salılıb. Fəallar bütün riskləri göz önünə alaraq aprelin 9-u axşam saatlarında  lövhənin üzərindəki “Gilan” sözünü siliblər.

 

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar