SON XƏBƏRLƏR

3 azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib – Tehranda

2021.10.20, 07:36
3 azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib – Tehranda

Gunaz.tv

GünAz TV: İyulun 8-də azərbaycanlı milli-mədəni fəallar Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəmərinin məhkəmə iclası keçirilib.

 

Tehran şəhid Qoddusi Qəzayi kompleksinin 2 nömrəli məhkəməsinin 1029-cü şöbəsində keçirilən iclasa hakim Abbasnəjad sədrlik edib.

 

Məlumata görə, məhkəmə iclasından əvvəl fəalların  sistemin əleyhinə təbliğ etməkdə ittiham olunduqları bildirilib. Bazar günü keçirilən iclasda isə fəallar milli təhlükəsizliyə qarşı cəhd göstərməkdə günahlandırılıb. Həmin fəallar aprelin 16-da Evin Zindanının 7-ci Sorğulama Şöbəsinə çağırılaraq ictimaiyyəti təşviş salmaqda ittiham olunub.

 

Göründüyü kimi, fəallar məhkəmə prosesində 3 fərqli qondarma ittihamla üzləşiblər.

 

Azərbaycanlı fəallar fevral ayında türkcə təqvim çap etdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onlar bir müddət Evin zindanında saxlanılıb və dindirildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Adlarını çəkdiyimiz fəallar, bundan əvvəl Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar