3 May Türkçülük Günüdür

2021-05-03 10:04

3 May dünya türkləri tərəfindən Türkçülük Günü kimi qeyd olunur.

Gunaz.tv Quote | Gunaz article

Bu gün tarixini 1942-ci ildən başlanan proseslərdən götürüb.

Həmin dövrdə Türkiyədə Sovet Rusiyasının təsiri ilə kommunizm tərəfdarları artmışdı. Hətta onlar hökumətdə də təmsil olunurdu. 

Belə bir dövrdə ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başladı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayırdılar.  Onlar mediada, ülküçü nəşrlər olan “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc etdirirdilər. 

Həmin günlərdə Nihal Atsız Baş nazir Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə “Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir.

Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir.
1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır.

Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir. Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.

İllər sonra Atsız həmin günlər haqqında yazırdı: 

“3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.

3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.

1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür.

Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır. 

Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türklük Günü kimi qeyd olunmağa başlayıb.

Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 May daha geniş qeyd olunur.

Türklük Günü Azərbaycanda da populyardır. 

Bu gün bir çoxları müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasında daha türkçülüyə ehtiyac olmadığını bildirir, bu ideologiyanın multikulturizmə zidd olduğunu iddia edirlər. Lakin bu, belə deyil. Nə qədər ki, Azərbaycan cəmiyyəti “Velikorus”, xomeynizm kimi kənar ideologiyaların təsirinə məruz qalır, türkçülük lazımdır. 

Ayrıca, türkçülük İran adlanan ölkədə yaşayan 35 milyondan çox Azərbaycan türkünün qurtuluş mübarizəsinin əsas ideya-siyasi xəttidir.
Türkçülük gününüz qutlu olsun!

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18