"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14 13:58

Həmsədrlər ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək istəyir. Qurum bununla bağlı bəyanat yayıb. Minsk Qrupunun fəallığı haqlı olaraq narazılığa səbəb olub. Milli Məclisin üzvü Azay Quliyev həmsədrlərin bəyanatına münasibət bildirib. 

Gunaz.tv Quote | Gunaz article

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 13 aprel 2021-ci ildə ötən ilin noyabr ayında üçtərəfli bəyanatın imzalanmasından sonrakı vəziyyət barədə yeni açıqlama yayıblar.

Həmsədrlərin bəyanatında humanitar və təhlükəsizlik məsələləri, o cümlədən kommunikasiyaların açılması ilə bağlı müəyyən pozitiv məqamlar olsa da, onlar yenə də ənənəvi və zərərli təcrübələrinə istinad edərək köhnəlmiş və heç bir aktuallıq kəsb etməyən tezislərini bərpa etməyə çalışıblar”-deyə, Azay Quliyev bildirib. 

 

Onun fikrincə, bu bəyanatda ciddi narahatçılıq doğuran və erməni tərəfinin tezislərini açıq şəkildə büruzə verən bir neçə məqam var: 
“Birinci, həmsədrlər bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qaytarılmasını istəyirlər. Hamıya bəllidir ki, Azərbaycan tərəfi müharibə dövründə əsir düşən və saxlanılan ermənilərin hamısını Ermənistana qaytarıb. 

 

Lakin anlaşılan odur ki, həmsədrlər müharibə başa çatandan sonra Ermənistanın Şirak rayonundan Azərbaycana terror məqsədi ilə göndərilən və 4 nəfər hərbiçimizi şəhid edən diversant qrupunun üzvlərini nəzərdə tuturlar. 

Yəni, bizim dəfələrlə açıqlama verib onların hərbi əsir olmadığını deməyimizə rəğmən, Minsk üçlüyü heç nə olmamış kimi davranaraq bu məsələdə Ermənistanın sözçüsü qismində çıxış edir.

İkinci, həmsədrlər bəyanatda Dağlıq Qarabağa gediş-gəlişə, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərdən bəhs edirlər. 

Bu absurd fikri səsləndirməklə onlar həm özlərini gülməli vəziyyətə qoyurlar, həm də “10 noyabr üçtərəfli bəyanatı dəstəkləyirik” kimi mövqelərinin ziddinə çıxmış olurlar”. 

Millət vəkili bildirib ki, artıq Azərbaycan Dağlıq Qarabağ adlı inzibati bölgü yoxdur:

 

“Digər tərəfdən cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və kim ölkəmizə, xüsusilə münaqişənin təsirinə məruz qalmış ərazilərə gəlmək istəyirsə, buyursun, lazım olan hüquqi prosedurlara əməl edərək istədiyi yerə getsin. 

Hətta beynəlxalq təşkilatlar Xankəndinə humanitar yardım etmək istəyirsə, yenə də problem yoxdu, məsələni rəsmi Bakı ilə müzakirə edib razılaşdırsın. 

Yox, əgər həmsədrlər yenə də müharibədən əvvəlki qaydanı tətbiq edib, Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə istədikləri vaxt və Bakıdan icazə almadan gedib-gəlmək, özfəaliyyətlə məşğul olmaq istəyirlərsə, bu macəra artıq tarixdə qaldı və bundan sonra belə özbaşınalığa heç vaxt imkan verilməyəcək.


Üçüncü, həmsədrlər bəyanatlarında məsuliyyətsizcəsinə uzun müddətli sülhün əldə olunması üçün tərəflərə yaxşı tanış olan köhnə prinsiplərin dirçəldilməsinin vacibliyini qeyd edirlər. Bu fikir bir daha sübut edir ki, Minsk üçlüyü heç vaxt Cənubi Qafqazda sülhün və əminamanlığın olmasını istəməyib və indi də istəmir. 

Onlar heç bir aktuallığı qalmayan əvvəlki ritorikanı bərpa etməklə hələ uzun müddət heç bir faydası olmayan mandatlarını qorumağa və özlərinin uğursuz varlığını sürdürməyə çalışırlar”. 

A.Quliyev deyib ki, bu cür fikirlər həm də Ermənistanda olan revanşist qüvvələr üçün əlavə bir stumul verir: “Bu, bəyanat həm də Ermənistan və Azərbaycan arasında gərginliyin daha da körüklənməsinə hesablanmış bir addımdır.

 

Bütün hallarda mən bu bəyanatı yersiz və reallıqdan uzaq bəyanat hesab edir və onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə rədd edildiyini bildirirəm.

Sonda isə səmimi etiraf edim ki, məndə az da olsa ümid vardı ki, Minsk Qrupunun həmsədrləri özlərinin 30 illik yarıtmaz fəaliyyətlərinin nəyə bais olduğundan və 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan düzgün nəticə çıxararaq bu reallığa tamami ilə uyğun mövqe sərgiləmək üçün özlərində güc tapa biləcəklər. 

 

Ancaq görsənən odur ki, bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb”.

Ayxan

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kəlbəcərdə atışma: erməni hərbçi yaralandı

2021-07-29

gun az article

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya gedib

2021-07-29

gun az article

BMT-dən sərhəddəki gərginliklə bağlı açıqlama

2021-07-28

gun az article

ABŞ-dan Kəlbəcər açıqlaması

2021-07-29

gun az article

Zelenski ordu rəhbərliyini dəyişdi

2021-07-29

gun az article

Leyla Abdullayeva Oxçuçay fəlakətindən yazdı

2021-07-29

gun az article

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

2021-07-29

gun az article

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

2021-07-29

gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28