SON XƏBƏRLƏR

30 travma psixoloqu hazırlanıb

2022.04.25, 09:26
30 travma psixoloqu hazırlanıb

Gunaz.tv

Layihənin hazırlıq mərhələsinə 2022 -ci il yanvardan start verilib. Təşkilat üç ali təhsil müəssisəsinə layihə ilə bağlı məlumat ünvanlayaraq psixologiya ixtisası üzrə sonuncu kursda təhsil alan tələbləri layihəyə cəlb edib.

Layihə iki qrup arasında- uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanmasını nəzərdə tuturdu.

Layihə çərçivəsində hər qrup üçün 10 gün, ümumilikdə 20 gün təlim keçirilib. Əlavə 5 gün isə praktika dövrünü əhatə edib.

3 ay davam edən təlimlərdə 30 nəfər kursu başa çatdırıb.

Layihə Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində icra olunub.

Layihənin sonunda iştirkaçılar sertifikatlarla təltif ediliblər. Sertifikatların təqdimatı mərasimində, aparılan müzakirələrdə müəyyən edilib ki, iştirakçılar artıq əldə etdikləri bilik və təcrübəni həssas qruplara xidmətdə tətbiqə başlayıblar. Bölgə əhalisinin bu xidmətə ehtiyacı xüsusilə diqqətə çatdırılıb.

Müzakirələr zamanı təlim keçmiş psixoloqların öz şəbəkəsini yaradaraq, həssas qruplara könüllü xidmətə başlaması təklifi səsləndirilib.

Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxssislərlə bağlı məlumatlar DİN-in İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmət Agentliyinə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, həssas qruplarla işləyən QHT və ərazi üzrə İcra Hakimiyyətinə göndərilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar