SON XƏBƏRLƏR

35 min əhalisi olan məhəllənin bir metrlik yaşıllıq ərazisi yoxdur - Urmiyada

2021.10.20, 07:36
35 min əhalisi olan məhəllənin bir metrlik yaşıllıq ərazisi  yoxdur - Urmiyada

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyanın bir çox məhəlləsində çox ağır vəziyyət hökm sürür.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, şəhərin “İslam abad” məhəlləsində Bələdiyyə İdarəsi sakinlərin rifah halının yaxşılaşdırılması üçün heç bir iş görmür. Bu məhəllədə küçə yolları bərbad vəziyyətdədir, hətta bir metrlik yaşıllıq ərazisi yoxdur, uşaqlar isə oynamaq üçün yer tapmır.

 

Bu barədə məhəllənin sakinlərindən biri Mühəddisə Tərxinə “Təsnim” agentliyinə danışıb. Uşaqların oynaması üçün yer olmadığından şikayətlənən azyaşlı bildirib ki, uşaqlar bəzən oynamaq üçün avtomobillərin hərəkət etdiyi xiyabanlara gedir. Bu vəziyyət onları böyük təhlükə ilə üz-üzə qoyur.

 

Fatimə Əyyubi adlı bir ana da məhəllədə yaşanan  problemlərdən şikayətlənib. O bildirib ki, biz uşaqlarımızı məhəlləmizdən uzaqda yerləşən parklara göndərməyə məcbur oluruq. Halbuki, ətrafda boş yerlər çoxdur. Bələdiyyə İdarəsi həmin əraziləri uşaqların istifadə etməsi üçün abadlaşdıra bilər.

 

Agentliyin müxbiri problemlə bağlı Urmiya Şəhər Şurasının nəzarət komissiyasının üzvünə müraciət edib. Şura üzvü Əbdulrəhman Nəqşin ona məyusedici cavab verib. ““İslam abad” məhəlləsində torpaqların çoxu sənədsizdir. Əhali sadəcə adi müqavilə əsasında ev tikib. Ona görə də mülkiyyət məsələsi öz həllini tapmayana qədər bu məhəllədə hansısa layihənin icrasından söz gedə bilməz.”- deyə Şura üzvü bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar