“F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır - İbrahim Kalın

12.10.2021, 10:53

"Bizim əsas önəm verdiyimiz məsələ “F-35” döyüş təyyarələrini almaqdır, bu, Türkiyənin haqqıdır”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-la bu böhran aradan qalxarsa, Türkiyə yenidən proqrama daxil olacaq və “F-35”lərini alacaq. Məsələ həll olunmasa, alternativ axtarışlar davam etdiriləcək.

“F-16” təklifi ilə əlaqədar olaraq Kalın deyib ki, mövcud “F-16” arsenalını genişləndirmək və onları modernləşdirmək, ödədiyimiz pula alternativ hesab edilə bilər: “Məsələ yeni gündəmə gəlib, şərtləri gördükdən sonra tələbatımız çərçivəsində son qərar verilə bilər”.

O deyib ki, Türkiyənin “S-400” zenit-raket kompleksləri almasına səbəb olan prosesi hamı bilir: “Məsələnin danışıqlar yolu ilə həll edilə biləcək bir problem olduğuna inanırıq. Ancaq Amerika tərəfinin, xüsusən də konqresdə, Türkiyə əleyhinə olan müəyyən dairələrin bunu bəhanə edərək sanksiyalar tətbiq etməyə əl atdığını görüb təəssüflənirik. 

Bu, müttəfiqlik münasibətlərinə uyğun deyil, Türkiyə-Amerika münasibətlərinə zərər verən bir vəziyyətdir. Bölgədə birlikdə ata biləcəyimiz addımları əngəlləyən və təxirə salan yanaşmadır. Türkiyə suveren bir ölkə olaraq öz müdafiə ehtiyaclarını təyin edir və buna uyğun olaraq lazım olan addımları atır. 

Əlbəttə ki, bizim əsas seçimimiz müttəfiqlərimizlə birlikdə hərəkət etmək və onlarla birgə layihələr həyata keçirməkdir. Heç kimdən qrant istəmirik, lütf gözləmirik. Bu, texnologiyanı öz pulumuzla almaq və inkişaf etdirmək istəyirik. Biz dəfələrlə CAATSA sanksiyalarının ədalətsiz, əsassız və qanunsuz olduğunu bildirmişik və Amerika rəhbərliyinin öz mövqeyini nəzərdən keçirməsində israr edirik. 

Türkiyənin strateji əhəmiyyətini görməmək yalnız strateji korluqla izah edilə bilər".

Türkiyəli rəsmi “F-16”nın köhnə texnologiya olmasına dair tənqidləri doğru saymır. Onun sözlərinə görə, hazırda “F-16”lar Türkiyə və NATO hava qüvvələrinin əhəmiyyətli bir hissəsini təşkil edir. Və bir müddət daha bu fəaliyyəti davam etdirəcək.

"NATO-nun ən güclü müttəfiqlərindən biri kimi ölkəmizin maraqlarına uyğun olaraq bu sahədə işlərimizi davam etdiririk. Türkiyə pilotsuz döyüş təyyarələrinin istehsalında böyük irəliləyiş əldə edir. Mövcud döyüş təyyarələri xaricində texnologiyaları inkişaf etdirmək mümkündür. Bu yaxınlarda inventara alınan "Akıncı TİHA" bu sahədə çox əhəmiyyətli bir addımdır. 

5-10 ildən sonra Türkiyə yerli və milli texnologiya ilə bu sahələrdə daha qabaqcıl layihələrə imza atacaq. Heç kim buna şübhə etməsin. Bu səbəbdən təbii ki, "F-35" və digər sahələrdə hüquqlarımızı müdafiə edəcəyik, embarqolar qətiyyətimizi heç vaxt azaltmayacaq", - Kalın söyləyib.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08

gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08