SON XƏBƏRLƏR

4 güney azərbaycanlı fəal Ettelaat təcridxanasından həbsxanaya köçürülüb – Təbrizdə

2021.10.20, 07:36
4 güney azərbaycanlı fəal Ettelaat təcridxanasından həbsxanaya köçürülüb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı fəallardan 4-ü Təbriz Ettelaat İdarəsinin təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürülüb.

 

Əyyub Şiri, Davud Şiri, Babək Hüseyni Müqəddəm və Nasir Xülusi 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb. Fəallar Ettelaat-ın təcridxanasında 3 ay saxlandıqdan sonra fevralın 6-da Təbrizin mərkəzi zindanının 7-ci bölümünə köçürülüb.

 

İran rejimi aksiyalar Güney Azərbaycan şəhərlərini bürüməsin deyə etirazlar zamanı çox sayda azərbaycanlı milli-mədəni fəalı qanunsuz olaraq saxlamışdır.

 

İnsan hüquqları qurumları noyabr etirazları zamanı Güney Azrbaycanda saxlanılan 30-dan çox fəalın kimliyini açıqlamışdır. Onların əksəriyyəti hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Bundan əvvəl etibarlı mənbələr fəalların təcridcanalarda öz əleyhinə ifadə verməyə vadar edildiyini, onların ağır işgəncələrə məruz qaldığını bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar