SON XƏBƏRLƏR

400-dən çox iranlı mədəni fəal bəyanat imzalayıb-“Siyasi və vicdan məhbusları azad edilsin”

2022.01.30, 12:20
400-dən çox iranlı mədəni fəal bəyanat imzalayıb-“Siyasi və vicdan məhbusları azad edilsin”

Gunaz.tv

400-dən çox mədəni və vətəndaş cəmiyyəti fəalı bəyanat imzalayaraq İran İslam Respublikasını repressiv quruluş adlandırıb, həbsdə olan çox sayda yazıçı, vicdan və siyasi məhbusun dərhal azad edilmələrini tələb ediblər.

İranın tanınmış yazıçı, ziyalı, mədəniyyət xadimləri və jurnalistlərinin imzaladığı bəyanatda ölkədə hazırkı durumu, fərqli düşünənlərə qarşı amansız davranışı pisləyib.

Onlar bu durumu “repressiv İran quruluşunda fərqli düşünən hər hansı müstəqil düşüncənin aradan aparılmasına yönəlik "qəddar prosesinin davamı” kimi qiymətləndirilib.

“İran zindanlarında fərdlərin təhlükəsizliklə bağlı hüquqlarının tapdalanması hər kəsə məlumdur.

Məhbuslar, xüsusilə də vicdan və siyasəi məhbusları psixoloji cəhətdən zəiflədirlər. Təhlükəsizlik və inzibati maneələr təcili və zəruri tibbi müalicənin göstərilməsinə imkan vermir və ya tibbi xidmətlərdən istifadəni gecikdirir.

Hal-hazırda zindanlarda koronavirusun yenidən yayılması və məhbusların həyatının təhlükə qarşısında olduğu bir vaxtda, onlar zindandan qıraqda olan hüquq müdafiəçilərinin dəstəyinə daha çox ehtiyac duyurlar”-deyə, bəyanatda bildirilir.

Bəyanatı imzalayanlar hazırkı dövrdə siyasi və vicdan məhbuslarına qarşı amansız münasibəti, yeni şəxslərin həbs edilməsini İran hakimiyyətinin bilərəkdən həyata keçirdiyi reppressiv əməl adlandırıb.

Sənəddə gələcəkdə həyatlarını itirəcək məhbusların məsuliyyətinin hökumətin üzərinə düşəcəyi vurğulanır, hakimiyyətdən bütün siyasi və vicdan məhbuslarını azad etmək tələb olunur.

Qeyd edək ki. bundan öncə 2021-ci ilin dekabr ayında İran Yazıçılar Birliyi bəyanat yayaraq söz və ifadə azadlıqlarının məhdudlaşdırılmasına və dinc müxaliflərə qarşı repressiyaların gücləndirməsinə etiraz edib.

“İranda senzura hakimiyyəti sayəsində demokrat və azadlıqsevər yazıçıların payına düşən təhdid, sürgün və qətldən başqa bir şey deyil”, deyə bəyanatda bildirilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar