Tikantəpəli(Takab) azərbaycanlı ailə 42 ay davam edən mübarizədən sonra İranın “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” şöbəsini oğlulları üçün türkcə "Onur" adını təsdiq edən doğum şəhadətnaməsi verməyə məcbur ediblər.
Gunaz.tv
Onurun atası “Əli Hidayəti”" özünün instagram səhifəsində yazıb: “3 il 6 ay çalışdıqdan sonra, “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” şöbəsi nəhayət oğlumuz üçün" Onur "türk adı ilə doğum şəhadətnaməsi vermək məcburiyyətində qaldı".
“Onur” türk dilində "güclü, ləyaqətli və xarakterli" deməkdir. Bundan əvvəl Tikantəpənin “vətəndaşlıq qeydiyyatı idarəsi”nin səlahiyyətliləri, " idarənin adları siyahısı"nda “Onur” adının olmaması səbəbindən bu türk adı üçün doğum haqqında şəhadətnamə verə bilmədiklərini və "Tehran" dan icazə almaları lazım olduğunu bildirmişdilər.
Tikantəpə şəhər məhkəməsi, eyni zamanda Turkcə “Onur” adına doğum şəhadətnaməsinin verilib-verilməməsinin “vətəndaşlıq qeydiyyatı idarəsi”nin səlahiyyətində olduğunu bildirərək, Onurun atası Hidayətinin şikayətinə qarşı qərar qərar çıxarmışdılar.
Ancaq azərbaycanlı ailə qərara etiraz etmışdı. Nəhayət, üç ay əvvəl Qərbi Azərbaycan Əyalətinin Apelyasiya Məhkəməsi İranın vətəndaşlıq qeydiyyatı idarəsi qərarı ləğv edərək, azərbaycanlı uşağa “Onur” adı ilə doğum haqqında şəhadətnamə verilməsinə dayir qərar qəbul etdi.
Ötən 42 ayda doğum haqqında şəhadətnamənin verilməməsi Onur üçün "sığorta, tibbi xidmətlər, subsidiyaların verilməsi və b." Sahələrdə problem yaratsada, ailə öz uşaqlarına türk adının alınması mübarizəsini dayandırmadılar.
İranın “vətəndaşlıq qeydiyyatı idarəsi”nin məsulları yalnız idarənin elektron siyahısında qeyd olunan adların sənədləşdirilməsinə icazə verirlər. Bu siyahıda isə demək olar ki türk adları yoxdur. "Türk adları"nın çoxu bu sistemdə qeydiyyata alınmır və təşkilat tərəfindən "qanunsuz" sayılır.
C.E