43 insan haqları təşkilatı BMT-dən İranla bağlı təcili iclas keçirməyi tələb edib

18.10.2022, 06:36

Oktyabrın 17-də 43 insan haqları təşkilatı İranla bağlı BMT İnsan Haqları Şurasının fövqəladə iclasının çağırılmasını tələb edən birgə bəyanat imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq Əfv Təşkilatı və bu bəyanatı imzalayan başqa təşkilatlara görə, bu iclasda hökumət əleyhinə etirazların yatırılması zamanı İran hökumətinin "ən ağır cinayətləri"nə qarşı istintaq, hesabat və cavabdehlik vəzifələri olan müstəqil mexanizm yaradılmalıdır. 

Bəyanatı imzalayanlar Məhsa Əmininin öldürülməsindən sonra iranlıların ümumölkə etirazlarını vəhşicəsinə yatırmaq üçün İran hakimiyyət orqanlarının repressiya aparatının səfərbər olunmasından narahatlığını ifadə edib.

Sübutların uşaqlarda daxil olmaqla etirazçılara və dinc əhaliyə qarşı odlu silahlardan atəş açıldığını göstərdiyini qeyd ediblər.

Bəyanatda 200-dən çox etirazçının, o cümlədən ən azı 23 uşağın öldürülməsi, habelə mindən çox hüquq müdafiəçisinin, vətəndaş cəmiyyəti fəalının, jurnalistlərin qanunsuz həbsindən bəhs edilir.

Bəyanatı imzalayanların fikrincə, beynəlxalq ictimaiyyət tənqid bəyanatları verməkdən daha çox addım atmasa, saysız-hesabsız kişi, qadın və uşaq öldürüləcək, şikəst ediləcək, işgəncələrə məruz qalacaq və həbs ediləcək.

Bəyanatda əlavə olunur ki, İran hakimiyyəti dəfələrlə BMT baş katibinin, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının, BMT-yə üzv dövlətlərin və BMT Baş Assambleyasının etirazçılara qarşı qeyri-qanuni güc tətbiqinin dayandırılması tələblərinə məhəl qoymayıb.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28

gun az article

Ukraynada İranın daha 12 PUA-sı vuruldu

2023-03-29

gun az article

Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

2023-03-29

gun az article

Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

2023-03-29

gun az article

İsrail vətəndaşları sentyabrdan ABŞ-a vizasız səfər edə biləcək

2023-03-29

gun az article

“Bu, terror hadisəsidir, məqsəd cəmiyyətdə xof, inamsızlıq yaratmaqdır"-Emin Həsənli

2023-03-29

gun az article

Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

2023-03-29

gun az article

XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidini bölüşür

2023-03-29

gun az article

Azərbaycan və İsrail XİN rəhbərləri Yerusəlimdə görüşü başlayıb

2023-03-29

gun az article

BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

2023-03-29

gun az article

Britaniya səfiri millət vəkilinə terror aktını pislədi

2023-03-29