44 günlük savaşın dəyişdiyi düzən: Güney Azərbaycanın xilas yolu nədədir?-ŞƏRH

2021-03-25 11:23

​​​​​​​44 günlük Vətən savaşında müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan üzərində qələbəsi Cənubi Qafqaz regionunda bir sıra reallıqları dəyişdi.

Gunaz.tv Quote | Gunaz article

30 il nəzarətsiz qalmış Dağlıq Qarabağ və ətraf rayonlar, İran İslam Respublikası ilə sərhəd bölgələri Azərbaycanın nəzarətinə keçdi. 

Türkiyə, Pakistan, Ukrayna, İsrail, Gürcüstan və digər dövlətlərin Azərbaycanın haqlı savaşını dəstəkləməsi yeni situasiya yaratdı. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi siyasi qüvvənin türk-islam dünyasına yönəlik addımları, haqqı tapdalanan xalqların hamisi rolunda çıxış etməsi yeni dünya düzəninin konturlarını müəyyən etməyə kömək edir. 

Sirr deyil ki, son 15 ildə Türkiyə İraqda, Suriyada yaşayan türk-müsəlman xalqlarının müdafiəçisi rolunda çıxış edir. Türkiyənin bölgəsəl oyunçuya çevrilməsi, 44 günlük savaşdan sonra Cənubi Qafqaza daxil olması haqqı sual yaradır. 

Türkiyə haqqı tapdalanan, milli kimliyi məhv edilən 35 milyon Güney Azərbaycan türkünün haqlı mübarizəsinə də dəstək verə bilərmi? Bir sıra ekspertlərin fikrincə, Güney Azərbaycan türklərinin qurtuluşu Türkiyə dövlətinin mənəvi dəstəyi ilə mümkün ola bilər. 
 
Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Günaz.TV-yə açıqlamasında deyib ki, Güney Azərbaycan məsələsinə hələ də ehtiyatla yanaşılır: “Azərbaycan Respublikası özü də bu məsələyə ehtiyatla yanaşır. İran dövlətinin təsiri faktoru var. 

Vaşinqton Ankara ilə razılaşmaq məcburiyyətində qalacaq”

Azərbaycan qonşu dövlətlərlə normal münasibətlər saxlamağın tərəfdarıdır. Amma Türkiyəni bu məsələdə aktiv görmək istəyiriksə, ilk növbədə Azərbaycan özü fəal olmalıdır”.

Türkiyədə hakim olan “Milli görüş” ideya-siyasi xəttinin Yaxın Şərqin müsəlman dövlətlərinə təsiri birmənalıdır. İranda hakim olan xomeyniçiliyə qarşı “milli görüş”, “mötədil islam demokratiyası” xəttini qoymaq olarmı?

Politoloq hesab edir ki, bu xəttlə Güneyə təsir etmək o qədər də asan deyil: “Güney Azərbaycan Milli Hərəkatına daha çox türkçülüklə təsir etmək olar. 

Orada Milliyyətçi Hərəkat Partiyasının, Əbülfəz Elçibəyin ideya-siyasi xətti daha aktualdır. Çünki Güney Azərbaycanda milli kimlik və ana dili uğrunda mübarizə gedir. Güney Azərbaycanda türk millətçiliyi Quzey Azərbaycandan daha güclüdür”. 

Güney Azərbaycan türklərini xomeynizmin təsirindən necə xilas etmək olar? 

Əhəd Məmmədli hesab edir ki, inqilablar beşiyi olan Güney Azərbaycan İran adlanan ölkədə daim proseslərin önündə gedib: 

“İranda dövlət hakimiyyətində, orduda türklər var, ancaq onların bir qismi düşüncə etibarilə farslaşıb. İran daim xomeynizmdən, şiəlikdən Azərbaycana qarşı istifadə edir. Biz də eyni qaydada türk millətçiliyindən İrana qarşı istifadə etməliyik”.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09