SON XƏBƏRLƏR

44 soydaşımızın qanı batırıldı

2021.10.20, 07:36
44 soydaşımızın qanı batırıldı

Gunaz.tv
44 soydaşımızın qanı batırıldı Moskvanın Basman bazarının çökməsi ilə bağlı qaldırılmış cinayət işini dayandırılıb. İstintaq onlarla insanın həlak olduğu faciədə "günahkar" tapmayıb. Rusiya Baş Prokurorluğunun Moskva üzrə idarəsinin İstintaq Komitəsinin dünən yaydığı rəsmi açıqlamada bildirilir ki, cinayət işində yeganə şübhəli şəxs olan Mark Mişiyevə qarşı irəli sürülmüş ittihamlar qüvvədən düşüb və cinayət işi dayandırılıb. "Basman bazarı" dövəlt unitar müəssisəsinin sabiq direktoru M.Mişiyev RF CM-nin 109-3 (ehtiyatsızlıq nəticəsində iki və daha artıq ölümünə səbəb olmaq) maddəsi ilə cinayət işi qaldırılmışdı. İndisə istintaq baş vermiş faciə ilə "bir nəfər də real şühbəli şəxs qalmadığını" bəyan edib. İstintaq Komitəsinin rəsmi nümayəndəsi Mixail İonkinin dediyinə görə, "baş vermiş hadisədə suçlu olanlar tapılmayıb. "Mişiyevə qarşı qaldırılmış cinayət işinin dayandırılmasının səbəbi inşaat ekspertizası nəticəsində istintaqın əldə etdiyi nəticələrdir. Belə ki, bazarın inşasının müxtəlif dövrlərində, onun layihələndirilməsi, rekonstruksiyası və istismarı zamanı müxtəlif pozuntulara yol verildiyi aşkarlanıb. Buna görə də yol verilmiş pozuntularda əli olan vəzifəli şəxslər arasında məsuliyyət dərəcəsini paylaşdırmaq mümkün deyil", - M.İonkin deyib. Mark Mişiyevin vəkili Aleksandra Alitovskaya da "Ekspress" əməkdaşı ilə söhbətində müvəkkilinin heç bir günahı olmadığını söylədi: "Bazarı layihələndirənlər, tikənlər və istismar edənlər qaydaları pozublarsa, Mişiyevin ən günahı var?!". Çox qəribə izahatdır, deyilmi? 2006-cı ilin fevralın 23-ünün səhərində Basman bazarında faciə baş verir, troslar sistemi vasitəsilə saxlanan və günbəz formasında olan dam örtüyü çökür, 3 min kvadrat metrdən artıq sahə xarabazara dönür, 140 nəfər viranəlikdə qalır. 68 nəfər yerindəcə həlak olur, 39 nəfər ömürlük şikəst qalır. Faciəli şəkildə həlak olanların 44 nəfəri isə azərbaycanlı idi. Azərbaycanın Rusiyadakı səfirliyi Basman bazarındakı faciədə "günahkarların tapılmaması" ilə bağlı qərarı "hüquq-mühafizə orqanlarının sübut və dəlillərə əsasında gəldiyi nəticə" hesab edir. Basman bazarında həlak olanların ailə üzvləri, yaxınları və tanışları isə tam tərsini deyir. "Ekspress" faciə baş verən günün ertəsi Basman bazarının iri biznes strukturları arasında yer və gəlir qarşıdurmasının qurbanı olduğunu yazmış, ortada on milyonlarla dollarlıq marağın mövcudluğundan dolayı soydaşlarımızın ölümünün səbəbkarlarının cəzasız qala biləcəklərini təxminləmişdi. Təssüflər olsun ki, təxminlərimiz özünü doğrultdu, 44 soydaşımızın qanı batırıldı. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar