SON XƏBƏRLƏR

502 dini icma dövlət qeydiyyatındadır

2021.10.20, 07:36
502 dini icma dövlət qeydiyyatındadır

Gunaz.tv
502 dini icma dövlət qeydiyyatındadır Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 500-ü ötüb. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, artıq Azərbaycanda qeydiyyata alınan dini icmaların sayı 502-yə çatıb. Onlardan 471-i islam, 31-i isə qeyri-islam təmayüllüdür. 11 dini icma isə qeydiyyata alınmaq üçün ərizə ilə Dövlət Komitəsinə müraciət edib. adalet ------------------------------------------------------------------- Bakıda beynəlxalq konfrans keçiriləcək İyulun 14-15-də Azərbaycan Konstitusiya məhkəməsinin yaranmasının 10 illiyi qeyd olunacaq. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, yubileylə bağlı Bakıda beynəlxalq tədbir keçiriləcək. İyulun 14-də başlanacaq tədbirdə bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Qeyd edək ki, Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. 1995-ci ilin 12 noyabrında Azərbaycanda yeni Konstitusiya qəbul ediləndən sonra ölkə prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 14 iyul 1998-ci ildə seçilən 7 nəfər hakimdən ibarət tərkibdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb. adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar