G7 ölkələrinin xarici işlər nazirləri İranda etirazçılara qarşı amansız repressiyaları pisləyiblər

04.11.2022, 17:45

G7 qrupuna (dünyanın yeddi sənayeləşmiş ölkəsi) üzv ölkələrin xarici işlər nazirləri öz iclaslarının yekun bəyanatında İslam Respublikasının təhlükəsizlik qüvvələrinin “dinc nümayişçilərə və uşaqlara qarşı qəddar və qeyri-mütənasib güc tətbiqini” pisləyib və İran hökumətindən xalqın qanuni azadlıqlarına hörmət etməyi tələb ediblər.

Gunaz.tv Quote | Gunaz article

Noyabrın 4-də dərc olunan bəyanatda Amerika, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri İran xalqının gələcək üçün əsas istəklərini dəstəklədiklərini bildiriblər. 

Xarici işlər nazirləri həmçinin əxlaq polisil qüvvələri tərəfindən həbs edildikdən sonra Məhsa Əmininin zorakılıqla öldürülməsini pisləyiblər.

“Biz İran hakimiyyətindən beynəlxalq qanunlar, o cümlədən Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt üzrə beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edirik",- deyə, bəyanatda bildirilib.

Nazirlərin bəyanatının davamında bildirilir ki, 7-lik qrupuna üzv olan ölkələr “bütün iranlıların məlumat əldə etmək hüququnu” müdafiə edir, interneti kəsməklə və sosial medianı məhdudlaşdırmaqla İranın mədəni məkanının İslam Respublikası tərəfindən məhdudlaşdırılmasından, müstəqil jurnalistikadan və insan haqları müdafiəçilərini hədəf almasından təəssüflənirlər.

Dünyanın 7 sənayeləşmiş ölkəsinin xarici işlər nazirləri İslam Respublikasından haqsız yerə həbs edilənlərin, o cümlədən bir müddət əvvəl saxlanılan etirazçılar, uşaqlar, jurnalistlər və hüquq müdafiəçilərini azad etməyi istəyiblər.

Onlar öz bəyanatlarında İslam Respublikasının ikili vətəndaşları və əcnəbi vətəndaşları haqsız yerə həbs etməsi praktikasını pisləyib və İslam Respublikasından bu təcrübəyə son qoymasını tələb ediblər.

"Biz istəyirik ki, İran gecikmədən beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirsin" deyən nazirlər, Ukrayna təyyarəsinin SEPAH tərəfindən Tehran səmasında vurulması səbəbindən İranı cavabdehliyə cəlb etmək üçün beynəlxalq səylərin davam etdirilməsini istəyiblər.

"Bunlara İranın ballistik və qanadlı raketlər, eləcə də pilotsuz təyyarələrlə fəaliyyəti və bu cür qabaqcıl silahların hökumətlərə və qeyri-hökumət qruplarına verilməsi daxildir",-deyə, nazirlər İranın Yaxın Şərq və onun ətrafında sabitliyi pozan fəaliyyətini davam etdirdiyini qeyd ediblər.

"Biz heç bir etibarlı qeyri-hərbi əsası olmayan İranın nüvə proqramının davamlı genişlənməsindən dərin narahatıq", -deyə, bəyanat müəllifləri İranın nüvə proqramının hərbi məqsədlərə qulluq etməsindən nigəranlıqlarını bildiriblər.

Bəyanatın sonunda Tehranın öz kursunu dəyişməli, nüvə silahının yayılmaması sahəsində hüquqi və siyasi öhdəliklərini təxirə salmadan yerinə yetirməli olduğuna təkid olunub.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17

gun az article

Xoyda zəlzələ baş verib

2023-03-16

gun az article

Güneyli fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər

2023-03-16

gun az article

Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

2023-03-16

gun az article

Minlərlə ərbədilli Balıqlı çayının sahilinə toplaşdı: Ənənəvi "Suüstü" bayram törəni keçirilib

2023-03-16

gun az article

“Görüş”: “Keçən ildə Quzey Azərbaycanda ən mühüm hadisələr” və  “Keçən ildə İranda və Güney Azərbaycanda baş verən hadisələr” 

2023-03-16

gun az article

Güneyli Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

2023-03-16

gun az article

“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

2023-03-15

gun az article

Təbrizdə milli şüarlar səsləndirilib-VİDEO

2023-03-15