7 rayon və Naxçıvan dəhlizi qaytarıla bilər

2017-05-06 14:50

GünAz TV: Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun sabiq həmsədri, ordu generalı Vyaçeslav Trubnikov Ermənistanın arm.info portalına müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsinə öz baxışları ilə bölüşüb.

 

Virtualaz.org xəbər verir ki, onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması kifayət qədər problematikdir və Azərbaycana kompensasiya kimi 7 işğal edilmiş rayon və Naxçıvan üçün dəhliz qaytarıla bilər:

"Bu, Azərbaycan üçün müəyyən kompensasiya olacaq. Əlbəttə, bu variant, ola bilsin ki, heç də hamını qane etməsin. Lakin hər halda, ciddi ərazi iddiaları üçün zəmin olmayacaq".

 

Rusiyanın Qarabağ üzrə mövqeyini şərh edərək, o bildirib: "Rusiyanın mövqeyi onsuz da bəllidir - Qarabağda qalib və məğlub olmamalıdır. Bütün bunlar, üçüncü tərəf də daxil olmaqla, hamı üçün pis bitəcək. Qarabağ ətrafında münaqişədə nöqtə qoymayacaq həllin iştirakçısı olmaq düzgün deyil və olmaz. Güzəştin olmadığı, qisas üçün imkanların qaldığı yerdə yekun razılaşma mümkün deyil. Bu yalnız müvəqqəti saziş olacaq. Buna görə də, Qarabağı birdəfəlik və həmişəlik həll etmək lazımdır".

 

Münaqişənin hərbi yolla həlli barədə sualı cavablandıran V.Trubnikov qeyd edib:

"Mənə belə gəlir ki, Bakıda, İrəvanda və Stepanakertdə (Xankəndində - red.) hazırkı rəhbərlər siyasi cəhətdən kifayət qədər savadlı və uzaqgörəndirlər, anlayırlar ki, birtərəfli həll çətin ki, mümkün olsun. Düşünürəm ki, münaqişənin belə həllinin nəzəri cəhətdən imkanları mövcuddur və bu qalmaqdadır. Əlbəttə ki, qızğın başlar da tapılacaq. Bu müharibə hər iki tərəfi məhv edəcək, qalib olmayacaq. Sözün əsl mənasında, qazanılacaq da bir şey yoxdur, sadəcə olaraq, bir-birini torpaqdan qovmaq və məhv etmək lazımdır. Milləti, dini və mədəniyyəti məhv etmək lazım gələcək. XXI əsrdə isə bu mümkün deyil".

 

V.Trubnikovun sözlərinə görə, bügünkü vəziyyətə görə üstünlük Azərbaycan tərəfdədir:

"Azərbaycan inkişaf edir və möhkəmlənir, ümumilikdə, pis deyil. Əlbəttə ki, neft və qaz Azərbaycana imkan yaradır ki, sırf maddi, texniki və iqtisadi cəhətdən tərəqqi etsin".

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15