SON XƏBƏRLƏR

8 tanınmış iranlı kinomatoqrafdan tələb: "Siyasi məhbusları azad edin"

2021.10.20, 07:36
8 tanınmış iranlı kinomatoqrafdan tələb: "Siyasi məhbusları azad edin"

Gunaz.tv

GünAz TV: İranın 8 məşhur kinomatoqrafı yaydıqları bəyanatda bütün siyasi məhbusların, eləcə də ətraf mühit fəallarının azadlığa buraxılmasını istəyiblər.

 

Onlar həbsxanalarda olan anti-sanitar vəziyyət, habelə məhkumlara göstərilən tibbi xidmətin zəif olduğunu qeyd edərək, əqidə, siyasi və aktivist məhbusların koronavirusun yayılmasına rəğmən, azadlığa buraxılmamasının arzuolunmaz və kompensasiya edilə bilməyəcək nəticələri olacağı ilə bağlı rəsmilərə xəbərdarlıq ediblər.

 

Kinomatoqrafçılar tibb işçilərinin koronavirusun ölkədə yayılmasının 2-ci dalğasını proznozlaşdırmalarına diqqət çəkərək, sözügedən kateqoriyalardan olan məhbusların son dərəcə tez müvəqqəti azadlığa buraxılmasını tələb ediblər.

 

Bəyanatı imzalayanlar Dariyuş Mehrcuyi, Cəfər Pənahi, Məhəmməd Rəsulov, Kiyumərs Purəhmədi, Rza Dormişiyan, Əlirza Davudnejad, Möhsün Əmiryusifi və Müctəba Mirtəhmasibdir.

 

Qeyd etmək lazımdır ki, İran rejimi koronavirusun ölkəni cənginə almasına baxmayaraq, yalnız 1 qrup məhkumu müvəqqəti azadlığa buraxıb. Hələ də əksər güney azərbaycanlı fəallar, eləcə də iranlı siyasi məhbuslar hələ də həbsxanalardadır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar