SON XƏBƏRLƏR

85 vəkil İranda son həbslərlə bağlı xəbərdarlıq bəyanatı yayıb

2022.05.27, 08:30
85 vəkil İranda son həbslərlə bağlı xəbərdarlıq bəyanatı yayıb

Gunaz.tv

Bəyanatda narazılara qarşı hökumət qüvvələrinin qəddar münasibəti və qanunsuz həbsləri pislənilib.

Vəkillər İbrahim Rəisi başda olmaqla hökumət rəsmilərinə xəbərdarlıq ediblər.

Onlar sosial mediada yayılan və etirazçılara qarşı məmurların davranışlarını əks etdirən görüntülərin acınacaqlı olduğunu, bunun xalqın qanuni hüquqlarının kobudcasına pozulduğu kimi dəyərləndiriblər.

Vəkillər etiraz aksiyasına qatılanların dinc aksiya keçirmələrinə baxmayaraq polis və başqa silahlı qüvvələrin qanunsuz və amansız münasibətinin qəbuledilməz olduğunu, ölkənin ana yasasında əks olunan maddələrin belə pozulduğunu qeyd ediblər. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar