SON XƏBƏRLƏR

92 yaşlı Əhməd Cənnəti Milli Məclis seçkilərində nəzarət komitəsinin üzvü olacaq

2021.10.20, 07:36
92 yaşlı Əhməd Cənnəti Milli Məclis seçkilərində nəzarət komitəsinin üzvü olacaq

Gunaz.tv

GünAz TV: İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi parlament seçkilərinə nəzarət edəcək mərkəzi heyətin üzvlərinin adlarını açıqlayıb. Siyahıda Şuranın 4, məhkəmə sisteminin isə 1 üzvünün adı var.

 

Bu 5 nəfərlik siyahıda adları olanlar Nəzarət Şurasının 92 yaşlı sədri Əhməd Cənnəti, Məhəmmədhəsən Sadiqi Müqəddəm, Siyamək Rəhpeyk, Abbasəli Kədxudayi və məhkəmə sisteminin rəhbərinin 1-ci müavini Qulamhüseyn Mohseni Ejeidir.

 

İran konstitusiyasının 99-cu maddəsinə əsasən, bu ölkədə keçirilən parlament seçkilərinə Nəzarət Şurası nəzarət etməlidir. Şura bu istiqamətdə mərkəzi heyət yaratmalı və bütün seçki prosesinə nəzarət etməlidir.

 

Namizədlər də həmin heyət tərəfindən seçilir. Buna görə də, əksər hallarda heyət rejimə müxalif olan və ya siyasi fikirləri rejim tərəfindən bəyənilməyən şəxslərin namizədliyini təsdiqləməməklə, onları seçkilərdən uzaqlaşdırır.

 

Heyət həmin şəxslərin namizədliyinin təsdiqlənməməsinin səbəbini “islam dini və vilayəti fəqihə əməli bağlılığın olmaması” kimi göstərir.

 

İranda Milli Məclis seçkilərinin 1-ci mərhələsinin 2020-ci ilin fevral ayının 21-də, 2-ci mərhələsinin isə may ayında keçirilməsi planlaşdırılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar