SON XƏBƏRLƏR

Abbas Lisani yenidən əməliyyat olunub

2022.05.25, 06:18
Abbas Lisani yenidən əməliyyat olunub

Gunaz.tv

Abbas bəy bundan öncə aprelin 9-da eyni xəstəxanada bel diskindən əməliyyat olunmuşdu.

Həkimlər güney azərbaycanlı türk fəalın cərrahi lazer əməliyyatından sonra ona təxminən 1 aya yaxın hərəkət etməməyi, tam istirahət etməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçmək tövsiyə ediblər.

Siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar