SON XƏBƏRLƏR

Anar Kərimov Azərbaycanın İranda mədəniyyət mərkəzinin açılmasını təklif edib

2022.06.21, 06:38
Anar Kərimov Azərbaycanın İranda mədəniyyət mərkəzinin açılmasını təklif edib

Gunaz.tv

Görüşdə A.Kərimov İran və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrdən danışıb.

“İki ölkə mədəniyyət sahəsində əlaqələrin inkişafına səy göstərməlidir”.

O qeyd edib ki, Azərbaycan İranla müştərək mədəni, incəsənət, teatr və kino sahəsində əməkdaşlığa hazırdır.

A.Kərimov İran və Azərbaycan arasında müştərək mədəniyyət mərkəzlərinin yaradılması zərurətindən danışıb:

“İstərdik ki, Azərbaycanın İranda mədəniyyət mərkəzi təsis olunsun və fəaliyyət göstərsin".

O, 2024-cü ildə Şuşa şəhərinin İslam paytaxtı kimi təqdim olunacağını bildirib:

"Çünki bu Şuşa şəhərinin daha da tanıdılmasına zəmin yaradacaq”. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar