SON XƏBƏRLƏR

Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb

2022.10.11, 07:46
Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb

Gunaz.tv

Britaniyanın İranın “Əxlaq Polisi”, Bəsic təşkilatı və polis qüvvələrinin rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq İran Xarici İşlər Nazirliyi Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifi çağırıb.

Oktyabrın 10-u axşam "IRNA" xəbər agentliyinin verdiyi məlumata görə, bu görüşdə Tehran Britaniyaya "İran İslam Respublikasının daxili işlərinə müdaxilə" adlandırdığı hərəkətə görə, etirazını bildirib vəbunu pisləyib

Qeyd edək ki, Britaniya İran polisinə, əxlaq polisi quruma və yarım hərbi Bəsic qüvvələrinin 5 komandirinə qarşı sanksiya tətbiq edib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar