Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

30.06.2022, 09:53

Saxlanıldığı Evin zindanında 18 gündür aclıq aksiyası keçirən güneyli işçi hərəkatının fəalı Rza Şəhabinin durumu ağırlaşıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Məlumatda Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Şəhabinin aclıq aksiyasının 18-ci günündə durumunun daha da ağırlaşdığını bildirilir.

Siyasi fəalın durumu ilə bağlı məlumat verən mənbə, onun ailəsi ilə görüşmək və telefonla danışmaq imkanlarından da məhrum edildiyini, qeyri-müəyyən vəziyyətdə saxlanıldığını və həyatının təhlükədə olduğunu deyib.

Bundan öncə qeyri-müəyyən şəraitdə saxlanılması, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə aclıq aksiyasına əl atan Rza Şəhabi, barəsində edilən ədalətsizliklər aradan qaldırılmadığı müddətcə aksiyanı davam etdirəcəyii bildirmişdi.

“Həbsxanaya ayaq üstə gətirilmişəm, buradan isə qəbristanlığa üfüqi vəziyyətdə gedəcəyəm” deyən Şəhabi, iyunun 13-dən aclıq aksiyasına əl atıb və aksiyanı dayandırmaqla bağlı bütün təkliflərdən imtina edib.

O, işçi hərəkatı fəalları, siyasi məhbuslar və milli fəalların aksiyanı dayandırmaq barədə xahişlərinə cavab olaraq deyib ki, aclıq aksiyasına kiminsə istəyi ilə başlamayıb, kiminsə istıyi ilə də son verməyəcək.

Güneyli məhbusun bu cavabı sosial mediada geniş müzakirələrə səbəb olub.

Sosial media fəalları Azərbaycan Respublikasında həbsdə olan Taleh Bağırzadənin İran mollalarının göstərişi ilə aclıq aksiyasına başladığını və sona çatdırdığını xatırladıb, Rza Şəhabini təqdir ediblər.

Qeyd edək ki, Rza Şəhabi bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib və hər an həyatını itirmə təhlükəsi var.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ersin Tatar Azərbaycana səfər edə bilər

2022-08-19

gun az article

Ukrayna Təhlükəsizlik Şurasının sədri: "Krımın azad olunması gündəlikdəki əsas məsələdir"

2022-08-19

gun az article

Putin G20 sammitinə gedəcək

2022-08-19

gun az article

Amerikadan tələb: "İran bəhailərə qarşı repressiyaları dərhal dayandırmalıdır"

2022-08-19

gun az article

İran dərman çatışmazlığının aradan qaldırılması üçün Ermənistana yardım edəcək

2022-08-19

gun az article

Azərbaycan Ordusunun helikopterləri təlim keçirib-VİDEO

2022-08-19

gun az article

“İran nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinə qarşı çıxacaq”-Erməni iranşünas

2022-08-19

gun az article

Amerikanın Milli Təhlükəsizlik Şurası İrana güzəşt edilməsi barədə xəbərləri rədd edib

2022-08-19

gun az article

ABŞ İnstitutu: “Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək"

2022-08-19

gun az article

Şabranda baş verən yanğın Siyəzənə keçib

2022-08-19

gun az article

İsrail Amerika və Avropanı Tehranla müzakirələri dayandırmağa çağırdı

2022-08-19

gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında ideoloji təbliğat aparan İrana yaxın şəxs saxlanılıb

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18