SON XƏBƏRLƏR

Kərəcdə daha iki məhkum edam edilib

2022.07.18, 04:00
Kərəcdə daha iki məhkum edam edilib

Gunaz.tv

Məlumatda bildirilir ki, ölüm hökmü gizli şəkildə həyata keçirilib.

Məhbus ailələrinin İran İnsan Haqları Təşkilatına verdikləri xəbərə görə, Əşkan və Fəramərz Heydəri silahlı basqında ittiham oluaraq edam cəzasına məhkum edilmişdilər.

Zindan məsulları, İran məhkəməsi və rəsmi media Heydəri qardaşlarının edamı barədə məlumat verməyib.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna "gizli edam" adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar