SON XƏBƏRLƏR

Müxalif qruplarla atışmada iki İran zabiti öldürülüb

2022.07.21, 04:08
Müxalif qruplarla atışmada iki İran zabiti öldürülüb

Gunaz.tv

Bu barədə Kürdüstan əyalətinin Sərhəd Mühafizəsinin komandiri Məhəmməd Arif Sepehri məlumat verib.

İyulun 20-də baş verən qarşıdurmada baş gizir Əli Fazili Şad və leytenant Mehdi Məhəmmədinəsəb adlı iki İran sərhədçisinin öldürüldüyü, birinin isə yaralandığı bildirilir.

 Sərhəd Mühafizəsinin komandiri atışma zamanı silahlı kürd təşkilatlarına mənsub qrupun ölkəyə girməsinin qarşısını almağa çalışıldığı zaman baş verdiyini qeyd edib.

Hələlik İrana müxalif silahlı kürd təşkilatlarından heç biri silahlı toqquşma ilə bağlı mövqe bildirməyib və məsuliyyəti üzərinə götürməyib.

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar