SON XƏBƏRLƏR

Qaradağ meşələrində yanğın olub

2022.08.18, 06:10
Qaradağ meşələrində yanğın olub

Gunaz.tv

Onun sözlərinə görə, geniş əraziyə yayılan yanğının qarşısını almaq üçün Vərziğan və Təbrizdən yanğınsöndürmə maşınları cəlb olunub.

Şərqi Azərbaycan Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər müxtəlif bölgələrdən cəlb olunan yardım dəstələrinin vasitəsilə yanğının qarşısının alındığını bildirib.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsi, eləcə də yanğınların baş verməsi bölgənin ağciyərləri adlanan meşənin günü-gündən kiçilməsinə səbəb olur.

Bundan öncə "Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına hesabat təqdim edib.

Hesabatda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar