SON XƏBƏRLƏR

Sərhədsiz Reportyorlar Təşkilatı İranda 33 jurnalistin həbsdə olduğunu bildirib

2022.09.29, 05:09
Sərhədsiz Reportyorlar Təşkilatı İranda 33 jurnalistin həbsdə olduğunu bildirib

Gunaz.tv

Təşkilatın hesabatında son günlər başlayan etiraz aksiyaları zamanı daha 19 jurnalis İran məmurları tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında iki fotojurnalist və 7 qadın jurnalistin olduğunu bildirən təşkilat Tehran, Rəşt, Amol, Qəzvin və Əhvaz şəhərlərində bir neçə jurnalistin də məhkəməyə çağrıldıqlarını qeyd edib.

Sərhədsiz Reportyorlar təşkilatı İslam Respublikasını jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmağa, məhbusları azad etməyə və azad medianın məlumat əldə etməsinə icazə verməyə çağırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar