SON XƏBƏRLƏR

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022.07.01, 17:54
Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

Gunaz.tv

Milli fəallar şəhərin bir çox bölgələrində paylanan və divarlara yapışdırılan afişalarla əhalinin diqqətini Urmu gölünün məhv olmasına yönəltməyə çalışıblar.

"Burada bir gəlini öldürdülər", "Bütöv Azərbaycanın gözü quruyur" kimi şüarlar yazılan afişalarda Bütöv Azərbaycan xəritəsi və Urmu gölünün fotoları əks olunub.

Hal-hazırda Urmu gölünün 90 faizə yaxın bir hissəsi məhv olub və bu səbəbdən gölün qurumuş yatağından qalxan duz fırtınaları bölgə üçün ciddi ekoloji problemlər yaradır. 

Keçmiş prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında da Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı verilən vədlər özünü doğrultmayıb.

Məsələ ilə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.   

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar