SON XƏBƏRLƏR

Təbrizin Səidabad kəndinin əhalisi etiraz aksiyası keçirib

2022.01.22, 11:41
Təbrizin Səidabad kəndinin əhalisi etiraz aksiyası keçirib

Gunaz.tv

Əhlai kənddə mədəniyyət evinin və peşə məktəbinin tikintisi üçün nəzərdə tutulan torpağın qanunsuz olaraq satılmasına etiraz ediblər.

Səidabad kəndinin icra nümayəndəsi Cavad Rəncbər mediaya verdiyi açıqlamada bildirib ki, 25 il bundan öncə bölgə gənclərinin təlimi və peşə öyrənməsi üçün kompleks tikilməsindən sonra onun ərazisi məsullar tərəfindən qanunsuz olaraq mənimsənilib.

Onun sözlərinə görə, ərazi 3.5 milyard tümənə başqa şəxsə satılıb.

Rəncbərin dediyinə görə, bu günə kimi kənd əhalisinin valilik, cümə imamı, Təhsil Baş İdarəsi və başqa əlaqədar qurumlara ünvanladıqları çox sayda müraciət cavabsız qalıb.

Ona görə də onlar yenə etiraz aksiya keçirməyə məcbur olublar.

C.E

content_image_1642836646.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar