SON XƏBƏRLƏR

Təbrizdə təqaüdçülərin növbəti aksiyası keçirilib

2022.04.25, 08:51
Təbrizdə təqaüdçülərin növbəti aksiyası keçirilib

Gunaz.tv

Narazı təqaüdçülər bundan öncə uzun müddətdir irəli sürdükləri istəklərinin yerinə yetirilmədiyini bildiriblər.

Təbrizdə Şərqi Azərbaycan Sosial Rifah İdarəsinin qarşısına toplaşan etirazçılar “Nə məclis, nə dövlət xalqı düşünmür” şüarını səsləndirib, hökumətin onların problemlərinə laqeyd yanaşdığını deyiblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını deyiblər.

Qeyd edək ki, bu cari ildə təqüdçülərin çox saylı aksiyalarının davamıdır və Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil, Urmu, Qəzvin, Həmədan, Tehran, Kərəc, Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar