SON XƏBƏRLƏR

Urmu gölünün sahəsi dahada kiçilib

2022.01.27, 07:50
Urmu gölünün sahəsi dahada kiçilib

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin mediaya verdiyi açıqlamada hazırda Urmu gölünün sahəsinin 2027 kvadrat kilometr olduğunu bildirib. 

Ötən ilin eyni dövründə gölün sahəsi 3324 kvadrat kilometr idi və bu müddət ərzində onun sahəsi 1297 kvadrat kilometr kiçilib.

Rəhbərdin Urmu gölünün su həcminin 1 milyard 98 milyon kubmetr azalmasına toxunaraq, "hal-hazırda Urmiyə gölünün su həcmi 2 milyard 73 milyon kubmetrdir. Halbuki ötən ilin eyni dövründə gölün suyunun həcmi 4 milyard 71 milyon kubmetr idi." deyə məlumat verib.

Qeyd edək ki, Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.  

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar