SON XƏBƏRLƏR

"Qonşu ölkələr də duz fırtınalarından ziyan görəcək"-Professordan Urmu ilə bağlı xəbərdarlıq

2021.12.22, 13:41
"Qonşu ölkələr də duz fırtınalarından ziyan görəcək"-Professordan Urmu ilə bağlı xəbərdarlıq

Gunaz.tv

O, hal-hazırda göldə yalnız 1.8 milyard kubmetr suyun mövcud olduğunu deyib. Ekoloq bildirib ki, Urmuya axıdılmalı olan illik su payının buraxılmaması su həcminin və gölün sahəsinin azalmasında əsas amillərdən biridir. 

Professor hal-hazırda Urmu gölündən qaydasız duz istixracının təhlükəli olduğunu bildirib.

Onun fikrincə, belə davam edəcəyi təqdirdə Azərbaycan əyalətləri ilə yanaşı qonşu ölkələr də duz fırtınalarından əziyyət çəkəcək. 

Dövlətin gölün bərpa işlərinə ciddi diqqət yetirmədiyini deyən Əhməd Faxirifərd Urmu gölündə baş verən fəlakətin bölgədə mövcud olan ekoloji problemlərdən yalnız biri olduğunu qeyd edib. 

“Urmu gölü baş verməkdə olan fəakətlərin yalnız bir nümunəsidir.

Qrunt sularının idarə edilməsi. əkinçilik və yanlış suvarma sistemi kimi başqa ciddi problemlərdə var.

Valilik, regional Su Şirkəti və başqa əlaqədar qurumlar dövlətə bu problemlərin həll olunmasına diqqət ayırması üçün təzyiq göstərməlidir”-deyə, professor bildirib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar