Fars xəbər agentliyinin ön səhifəsində yer alan bir mesajda haker qrupu bütün server və kompüterlərindən təxminən 250 terabayt məlumatı sildiyini açıqlayıb.
Haker qrupu Fars xəbər agentliyi saytının ana səhifəsində yerləşdirdiyi mesajda SEPAH və ona bağlı medianın bütün məlumatlarını ələ keçirdiklərini yazıb.
"Onlar elə bilirdilər ki, kimsə onların qarşısına çıxa, onları və yalan, nifrət dolu yalanlarını dayandıra bilməyəcək. Ancaq yanılıblar.
Yalan, şayiə yaymaq və İran xalqı əleyhinə cinayət işlərinin açılmasına dəstək verməyin ağır bədəli var",-deyə, hakerlər SEPAH-ın saytının ana səhifəsində yazıblar.
Cavidan