SON XƏBƏRLƏR

SEPAH-a bağlı media Azərbaycana qarşı təbliğatı gücləndirib

2022.06.20, 10:51
SEPAH-a bağlı media Azərbaycana qarşı təbliğatı gücləndirib

Gunaz.tv

Onlar Azərbaycanda barələrində cinayət işi açılaraq həbs edilən radikal şəxslərin aclıq aksiyası keçirmələrini işıqlandırıb, Azərbaycan hakimiyyətini "sionizmə xidmət" etməkdə ittiham ediblər.

SEPAH-ın media qurumları təhdid dolu məlumatlar paylaşıb, Azərbaycanı "etdiyi işə görə peşman olacağını" bildiriblər.

Bununla yanaşı İran Dövlət Televiziyasının 3-cü şəbəkəsi "Azərbaycanı şiəliyə qarşı müharibə elan etməkdə" ittiham edib, bunun İsrailin təhriki ilə həyata keçirildiyini iddia edib.

"Təəssüflə qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı şiəliyə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin sionist rejimin qarşısında öhdəlik götürdüyü görünür"-deyə, Qafqaz məsələləri üzrə mütəxəssis Əhməd Kazimi İran Televiziyasının 3-cü şəbəkəsindəki çıxışında iddia edib.

SEPAH-a bağlı media orqanları İran Xarici İşlər Nazirliyini də tənqid edib.

Onlar XİN-in Azərbaycan Respublikasının əməlləri qarşısında susmaqda ittiham edib,  ciddi diplomatik addımların atılmasını vacib sayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar