SEPAH-a bağlı sayt Azərbaycanı ittiham etdi: "Atəşkəs razılaşmasında Zəngəzur dəhlizinin açılması öz əksini tapmayıb”

12.10.2021, 15:41

SEPAH terror təşkilatına bağlı olan “Fars” agentliyi 44 günlük savaşın ardınca Azərbaycan hökumətini Ermənistanla imzalanmış atəşkəs sazişinin şərtlərini təhrif etməkdə günahlandırıb.

Gunaz.tv Quote | Gunaz article

“Bakının heç bir razılaşmada öz əksini tapmayan bir dəhliz üçün təbliğat aparması” başlıqlı yazıda deyilir ki, Azərbaycan rəsmiləri qonşuluq prinsiplərinə və beynəlxalq qanunlara məhəl qoymadan Dağlıq Qarabağ atəşkəs razılaşmasının müddəalarını təhrif etməklə bölgədə və sərhədlərdə geosiyasi vəziyyəti dəyişmək üçün bir dəhlizin yaradılması ilə bağlı tələbini gerçəkləşdirməyə çalışırlar.


“Onlar (azərbaycanlılar-red) iddia edirlər ki, atəşkəs razılaşması zamanı, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasına birləşdirən quru bir yolun çəkilməsi üçün tərəflər arasında razılıq əldə edilib. Halbuki iki ölkə arasında əldə olunmuş doqquz bənddən ibarət razılaşmanın heç bir bəndində belə bir şey qeyd olunmayıb və öz əksini tapmayıb.


Sözügedən razılaşmanın  9 -cu bəndində Ermənistan Azərbaycan Respublikasının qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlı olan nəqliyyat marşrutlarının açılmasına və bu marşrutlarda nəqliyyatın

təhlükəsizliyini təmin etməyə razılıq verib, lakin razılaşmanın heç bir yerində Ermənistan-İran sərhədi boyunca hansısa bir koridorun yaradılması, sərhədin aradan qaldırılması və İranın Ermənistanın tranzit yoluna çıxışından məhrum edilməsi barədə heç bir söhbət getməyib”, -deyə yazıda bildirilir.


Yazıda həmçinin deyilir ki, başqalarının torpağında gözü olan Azərbaycan prezidenti İlham Əliyev “sionist rejimin məkrli planlarına” və “Türkiyənin təxribatlarına” uyaraq, istər danışıqlar yolu ilə, istərsə də zor gücü yolu ilə bir dəhlizin çəkilməsindən danışır.


“Azərbaycan Respublikası Prezidenti Emənistanın İranla sərhəddə yerləşən "Syunik" əyalətini  "Zəngəzur koridoru" adı ilə təqdim edərək, BMT Nizamnaməsinə zidd olaraq, rəsmi İrəvan istəsə də istəməsə də Zəngəzuru zor gücü ilə də olsa Ermənistandan alacağını bildirib.


Azərbaycan Respublikasının prezidenti sərhəd münaqişəsi ilə bağlı ixtilafların həlli üçün Ermənistanla sülh danışıqları aparmağa hazır olduğunu iddia etsə də, razılaşmada Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü

öhdəliklərə əməl etmədiyi bir halda, son bir ildə dəfələrlə meydan oxumaqla və təhdid dili ilə danışmaqla Zəngəzur koridorunun açılması üçün Ermənistana təzyiq göstərməyə çalışıb”, -deyə yazıda bildirilir. 

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17