SON XƏBƏRLƏR

Bağdadda etirazçılar İrana qarşı şüarlar səsləndirib

2022.09.03, 09:06
Bağdadda etirazçılar İrana qarşı şüarlar səsləndirib

Gunaz.tv

Etirazçı kütlə  Bağdadın mərkəzində İran rejimi və ona bağlı silahlı qrupların təsir və müdaxiləsinə qarşı nümayişlər keçirib.

Onlar İran rejiminin İraq üzərindəki təsirinin aradan qaldırılmasını istəyiblər.

Sentyabrın 2-i cümə günü günortadan sonra iraqlı nümayişçilər İraqın paytaxtı Bağdadın mərkəzindəki Əl-Nusur meydanına toplaşıb.

Narazılar İran rejiminin öz ölkələrinə müdaxiləsini pisləyərək Tehran rəhbərlərinə qarşı şüarlar səsləndiriblər.

"İran daha İraqda hökmranlıq edə bilməyəcək" şüarı səsləndirən etirazçılar Tehran hökumətinin İraqın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini bildiriblər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar