SON XƏBƏRLƏR

Vaşinqton: "Vyana danışıqları dalana dirənib, biz bütün variantlara hazırlaşırıq"

2022.09.17, 08:30
Vaşinqton: "Vyana danışıqları dalana dirənib, biz bütün variantlara hazırlaşırıq"

Gunaz.tv

Neddi Şerman bu danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bildirib.

Bu müsahibədə Bayden administrasiyasının Vyana danışıqlarında yekun razılığa gəlmək səylərini vurğulayayan Amerika dövlət katibinin müavini əlavə edib ki, Vaşinqton hər ehtimala qarşı planlar qurur.

"Razılaşma reallaşsa da, reallaşmasa da, prezident hələ də hesab edir ki, bu sazişi davam etdirmək bizim marağımızdadır və razılaşma baş tutmasa, biz istənilən ehtimala hazır olacağıq"-deyə, Neddi Şerman bildirib.

Bundan əvvəl Avropa Birliyinin xarici siyasət rəsmisi Cozef Borrel son açıqlamasında bildirib ki, sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran İran və Amerikanın 2015-ci il nüvə sazişinə qaytarılması ilə bağlı danışıqlar dalana dirənib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar