SON XƏBƏRLƏR

Paşinyan: “Ankaranın verdiyi bu fürsəti əldən buraxmaq məntiqsiz olar”

2022.01.25, 09:03
Paşinyan: “Ankaranın verdiyi bu fürsəti əldən buraxmaq məntiqsiz olar”

Gunaz.tv

Ermənistan KİV-nə istinadən verilən məlumata görə, Paşinyan bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan bu il martın 11-dən 13-dək Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün dəvət alıblar. Paşinyan qeyd edib ki, Ermənistanın dəvəti qəbul edəcəyi ehtimalı yüksəkdir.

"Hər şey o zamankı situasiyadan asılıdır. Amma xüsusi nümayəndələrin ilk görüşündən sonra Ermənistanın bu təklifi qəbul edəcəyi ehtimalı artıb. Bu fürsəti və dialoqun səbəbini əldən vermək məntiqsiz olardı", - Paşinyan bildirib.

O qeyd edib ki, dünya birliyi - Rusiya, Avropa İttifaqı, ABŞ, region ölkələri bu prosesi dəstəkləyir.


Paşinyan qeyd edib ki, tərəflər ilkin şərt olmadan danışıqlara razılaşıblar.

"Bu il diplomatik münasibətlər qurmaq olarmı? Bunu indidən proqnozlaşdıra bilmərəm. Bu, təkcə bizdən asılı deyil. Amma bu, çox məntiqli olardı. Xüsusilə, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması", - deyə baş nazir bildirib.

Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edib (Ruben Rubinyanla Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada olub), Yerevanla İstanbul arasında təyyarə reysi də açılacaq.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildən Ankaranın təşəbbüsü ilə kəsilib, sərhədlər bağlıdır. Ölkələr arasında münasibətlərin pozulmasına bir sıra hallar təsir edib. Xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və ermənilərin qondarma “soyqırımı iddiaları”  burada əsas rol oynayıb. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar