SON XƏBƏRLƏR

Paşinyan orduya qadınları toplayır-Baş nazir qadınları daha çox uşaq doğmağa çağırdı

2022.01.01, 10:50
Paşinyan orduya qadınları toplayır-Baş nazir qadınları daha çox uşaq doğmağa çağırdı

Gunaz.tv

Erməni baş nazir orduda islahatların vacib olduğunu qeyd edib:

“Ermənistan peşəkar orduya malik olmalı, bunun üçün də daha çox və daha çox qadınlar orduya cəlb edilməlidir. Qeyd etməliyəm ki, siyasi planda ordumuz ərazi işğal etməyi qarşısına vəzifə olaraq qoymur. Ordunun vəzifəzi ölkənin ərazi bütövlüyünü qorumaqdır”.    

Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il münasibətilə ölkə sakinlərini təbrik edərkən başqa məqamlara da toxunub.

44 günlük müharibədən bəhs edən Paşinyan bildirib ki, hökumət ölənlərin yerini doldurmaq üçün xüsusi porqram hazırlayıb.

Belə ki, 2022-ci ilin yanvarından müharibə qurbanlarının ailələrində reproduktiv sağlamlığın bərpası üzrə Dövlət Proqramı başlayacaq. Bu proqram zamanı reproduktiv sağlamlığın tam bərpasının mümkün olmadığı ölmüş hərbçilərin ailələri dövlət vəsaiti üçün surroqat analara müraciət etmək imkanı da əldə edəcəklər.

“2022-ci il yanvarın 1-dən ailədə üçüncü və hər növbəti uşağın doğulması ilə əlaqədar sosial vəziyyətindən asılı olmayaraq dövlət dəstəyi proqramına başlanılacaq. Ailə uşaq 6 yaşına çatana qədər aylıq 50 min dram müavinət alacaq”,- Paşinyan bildirib.

Baş nazir deyib ki, o, 2022-ci ildə bir çox ailələrin müharibədə ölənlərin adını daşıyan övladları olacağına ümid edir.

N.Paşinyan Silahlı Qüvvələrdə islahatların aparılacağını da vəd edib.

“Ermənistanın peşəkar ordusu olmalıdır və oraya getdikcə daha çox qadın cəlb edilməlidir. Strateji perspektivdə təxirəsalınmaz hərbi xidmət əhəmiyyətli dərəcədə dəyişərək, həyatda bir neçə dəfə müəyyən tezlikdə həyata keçirilməli olan məcburi hərbi təlimlərə çevrilməlidir.

Xüsusi vurğulamaq istəyirəm ki, siyasi baxımdan ordumuz qarşısına əraziləri zəbt etmək vəzifəsi qoyulmur, onun vəzifəsi ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaqdır”.

Baş naziin sözlərinə görə, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri, çoxlu risklərlə yanaşı, həm də çoxlu imkanları ehtiva edir:

“Bizim siyasətimiz risklərin idarə edilməsinə və zərərsizləşdirilməsinə, eləcə də mövcud imkanlardan istifadəyə yönəlib”.

Paşinyan əlavə edib ki, Qarabağ münaqişəsinin həlli və Qarabağ ermənilərinin hüquqlarının tam müdafiəsi hökumətin strateji məqsədidir. O xatırladıb ki, təkcə 2021-ci ildə hökumət Qarabağ separatçılarına 128 milyard dram (267 milyon dollar) məbləğində yardım göstərib.

"2022-ci ilin büdcəsinə əsasən, biz artıq Qarabağa 144 milyard dramdan (300 milyon dollar) çox vəsait ayırmağı planlaşdırırıq və bu ayırmaları və onlardan istifadəni daha səmərəli edəcək mexanizmlər haqqında da düşünməliyik".

"2021-ci il müharibənin dəhşətlərindən sonra sosial-psixoloji və siyasi böhranla başlayan çətin bir il oldu. Bəzən elə gəlirdi ki, müharibədən sonrakı iğtişaşlar xaosa və vətəndaş qarşıdurmasına çevrilərək idarəolunmaz hala gələcək. 

Ancaq qeyd etmək istəyirəm ki, 2021-ci il həm də Ermənistanın və erməni xalqının həyat qabiliyyətinin sübutuna çevrildi, çünki çoxlarının təəccübünə səbəb olaraq, biz prosesləri tamamilə siyasi məcraya qaytara bildik”, - Paşinyan sonda qeyd edib.  (Modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar