SON XƏBƏRLƏR

Paşinyan: “Azərbaycanlılar Şuşaya qayıtmalı idilər”

2021.10.20, 07:36
Paşinyan: “Azərbaycanlılar Şuşaya qayıtmalı idilər”

Gunaz.tv

Bunu baş nazir Nikol Paşinyan Ermənistan parlamentinin iclasında müxalif "Ermənistan" blokundan olan deputat Aqnesa Xamoyanın sualını cavablandırarkən deyib.


Onun sözlərinə görə, azərbaycanlılar Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə olduğu kimi, Şuşaya  da qayıtmalı idilər.

“Bunu niyə etmədim? Çünki danışıqlar prosesinin məzmununun açıqlanması beynəlxalq qalmaqala və onsuz da gərgin vəziyyətin daha da pisləşməsinə səbəb olardı. İkincisi, belə bir təəssürat yarana bilərdi ki, mən ən qısa zamanda mübarizədən imtina etmək üçün bir bəhanə axtarıram ", - Paşinyan bildirib.

Hökumət başçısının fikrincə, vəziyyətin bu cür inkişafı halında nəticələr daha da acınacaqlı ola bilərdi. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar