SON XƏBƏRLƏR

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

2022.05.23, 17:13
Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Gunaz.tv

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar.

Yəni komissiyada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine 

Avakyan və Aram Quqarats, Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, MTX-nin departamentlərdən birinin rəhbəri D.Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan yer alacaqlar.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar